<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Rəbdən aldım yeni həyat,inam doldu ürəyimə,
 Nəfəs aldım artıq rahat, çarə tapdım dərdlərimə.

[C1]
   Yaranar insanda iman Rəbb Sözünü eşitməkdən,
   Qadirdir böyük Yaradan, insan alır diləyərkən.

[V2]
 Pis əməldən çəkindirər, dəyişər insanı Allah,
 Müqəddəs Ruhunu verər - Odur təsəlli, pənah.

[C2]
   Müqəddəs Ruh təsəlli verər, İsanı bizə tanıdar,
   İncil haqqı dərk etdirər, həyatı bizə anladar.

[V3]
 Tövbə edən insanın adı Həyat Kitabına düşər,
 İsa zühur edən zaman Onunla Göylərə gedər.

[C3]
   Bax İsanın haqq Sözünə həlimliklə lütfündə qal,
   Aldanma düşmən sözünə, ömürlük İsa ilə qal.</lyrics>
<title>Rəbdən aldım yeni həyat,inam doldu ürəyimə İL332</title>
<hymn_number>332</hymn_number>
</song>